Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Xüsusi əməliyyat keçirildi, 40 nəfər saxlanıldı -RƏSMİ AÇIQLAMA

Qazaxıstanda xüsusi əməliyyat

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları Qaraqanda vilayətində cinayətkar qrupun fəaliyyətini dayandırıb, 40 nəfər saxlanılıb.

Yenixeber.org: Bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

İdarənin məlumatına görə, cinayətkar birliyin üzvləri ictimai asayişi pozaraq odlu silahdan istifadə etməklə dəfələrlə qarşıdurma təşkil ediblər.

“Qrupun sayı, əməliyyat məlumatlarına görə, keçmiş hüquq-mühafizə orqanlarının əməkdaşları və təhlükəsizlik təşkilatlarının əməkdaşları da daxil olmaqla, 50-yə yaxın fəal üzvdür. Bundan başqa, hüquq-mühafizə orqanlarının əməkdaşları qrup üzvlərinin bir neçə üstü açılmamış ağır və xüsusilə ağır cinayətlərdə (hədə-qorxu ilə tələb etmə, sağlamlığa ağır zərər vurma, adam öldürməyə cəhd) iştirakını müəyyən ediblər.

Xüsusi əməliyyat zamanı 100-dən çox axtarış aparılıb, 9 odlu silah, 200-ə yaxın döyüş sursatı, qumbaraatan, trotil, qumbaralar, sənədlər və saxta möhürlər, dini ədəbiyyat, külli miqdarda pul, daşınar və daşınmaz əmlak, habelə 40 nəfər təqsirləndirilən şəxs polisə təhvil verilib”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam