Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu şirkətlər Rövnəq Abdullayevin kürəkəninin rəhbərlik etdiyi “Trust Holding”ə birləşdi

“Trust Holding” MMC (VÖEN:1602326211) “AR CONSTRUCTİON” MMC-nin (VÖEN:1402830021), “Z KOMMERS” MMC-nin (VÖEN:1402886831) və “AS BUILDING” MMC-nin (VÖEN:1402886701) ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Yenixeber.org: “Trust Holding” MMC-nin qanuni təmsilçisi Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.

Onu da bildirək ki, 1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 41%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni həm də “Mega Sığorta” ASC-nin əsas səhmdarlarından (19%) biridir. Bunlardan başqa Rauf Əliyev “Faza” Mənzil Tikinti Kooperativinin (VÖEN – 1402894241) və "Black Sapphire” MMC-lərin də (VÖEN – 1403649271)) qanuni təmsilçisidir.
“Trust Holding” MMC-yə qoşulan şirkətlərə daha əvvəl Rövnəq Abdullayevin övladları rəhbərlik edib.(yeniavaz)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam