Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

ABŞ-dan Türkiyəyə uğursuz xəbərdarlıq -“Pəncə-Qılınc” əməliyyatına görə

Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı quru antiterror əməliyyatı ən qısa zamanda həyata keçiriləcək.
Yenixeber.org: Bu barədə “Yeni Şafak” qəzeti hakim partiyanın qapalı iclasında müdafiə naziri Hulusi Akarın hesabatına istinadən məlumat yayıb.
Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına (YPG-PYD) qarşı hava əməliyyata başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatı olacağını istisna etməyib

"Dünən prezident Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının toplantısı keçirilib. Toplantının gündəliyindəki əsas məsələ terrorla mübarizə olub. Təqdimatı milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu edib”, - “Yeni Şafak” yazır.

Qəzetin əldə etdiyi məlumata görə, hava əməliyyatlarının nəticələri Akarın hesabatında açıqlanıb. 

Hesabatda Suriyanın şimalında gerçəkləşdirilən “Pəncə-Qılınc” hava əməliyyatı ilə bağlı həm Rusiya, həm də ABŞ-dan istənilən dəstəyin alınmasının mümkün olmadığı, lakin buna baxmayaraq onun  uğurlu olduğu bildirilib. Bu prosesdə ABŞ-ın ikiüzlü rəftarı tənqid edilib. Bildirilib ki, Suriyada həyata keçirilən hava əməliyyatı zamanı ABŞ Türkiyəyə “ərazi onların nəzarətində olduğu üçün ora girməməlisiniz” xəbərdarlığı edib. “Yeni Şafak” yazır ki, buna baxmayaraq əməliyyat davam edib. 

Dünənki toplantıda quru antiterror əməliyyatının ən qısa zamanda həyata keçiriləcəy vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam