Rusiyaya nüvə silahından istifadə ilə bağlı blef etməyə icazə verilməməlidir.
Yenixeber.org: Bunu Avropa İttifaqının (Aİ) baş diplomatı Cozep Borrell deyib.
O bildirib ki, Ukraynanı dəstəkləyənlər, ABŞ, NATO və Aİ də blef etmir.
"Nüvə hücumunun cavabı olacaq. Təbii ki, nüvə cavabı deyil, ancaq Rusiya ordusunu məhv edəcək qədər güclü hərbi cavab olacaq”, - Borrel qeyd edib.