Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Fransa təzminat ödəsin-RƏSMİ TƏLƏB

       Azərbaycan Fransa hökumətindən təzminat tələb edir.
Yenixeber.org: Bu barədə rəsmi Bakının oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bir qrup radikal erməninin törətdiyi növbəti vandalizm aktı ilə bağlı Parisə ünvanladığı etiraz notasında öz əksini tapıb.
Sənəddə qəbul edən dövlət olaraq Fransa hökuməti tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinin təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmamasının bu ölkə tərəfindən diplomatik əlaqələr haqqında 1961-ci il tarixli Vyana Konvensiyasından irəli gələn öhdəliklərin yerinə yetirilməməsi kimi dəyərləndirildiyi bildirilib.
Eyni zamanda Fransanın səlahiyyətli qurumlarından bu ölkənin ərazisində yerləşən Azərbaycanın diplomatik nümayəndəliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin mühafizəsinin lazımi qaydada təşkil edilməsi, indiyə qədər törədilmiş zorakılıq aktlarının hərtərəfli araşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, səfirliyin inzibati binasına vurulmuş ziyanın aradan qaldırılması və müvafiq təzminatın ödənilməsinin təmin olunması tələb edilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam