Müxalifət növbəti mitinqi keçirir-İrəvanda
Ermənistan müxalifətinin “Müqavimət” hərəkatı İrəvanda “Marriott” otelinin qarşısında etiraz aksiyası keçirib.
Yenixeber.org: Həmin vaxt oteldə beynəlxalq təşkilatların nümayəndələri məhkəmə islahatlarının müzakirəsinə dair tədbirdə iştirak edirmiş.
Yerli media aksiyanın təşkil olunmasına səbəb kimi beynəlxalq strukturların iştirakı ilə keçirilən tədbirə yenə də müxalif deputatların dəvət olunmamasıdır.
Deputat Hayk Mamicanyan jurnalistlərə deyib ki, müxalifət məhkəmə sistemi, həbs olunan şəxslər və polisin güc tətbiq etməsi ilə bağlı öz mövqeyini bildirmək üçün müzakirədə iştirak etmək arzusunu bildirib. Lakin onları dəvət etməyiblər.
- Bu tədbiri təşkil edən Konstitusiya Məhkəməsinin əməkdaşları, yəqin ki, ölkəmizin “demokratiyanın qalası” olduğunu iddia edən Ararat Mirzoyana qulaq asmırlar və buna görə də müxalifət deputatlarının tədbirə keçməsinə icazə verilmir, - Mamicanyan gileylənib.
Qeyd edək ki, müxalifət ümumilikdə aprelin 25-dən başlayaraq baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir. Müxalifətçilər etirazlarına əsas kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər. Onlar baş nazirin xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, xalqı dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Radikal müxalifətçilər aksiya və yürüşlərində Azərbaycan əraziləri ilə bağlı təxribatçı çağırışlar da edirlər.