Kiyev yenidən silkələndi
İyunun 5-də səhər saatlarında Kiyevdə bir neçə güclü partlayış baş verib.
Yenixeber.org: Kiyev şəhər meri Vitali Kliçko paytaxtın raket hücumuna məruz qaldığını açıqlayıb.
Onun sözlərinə görə, partlayışlar Kiyevin Darnitski və Dneprovski rayonlarında baş verib.
İlkin məlumata əsasən, infrastrukturun partlaması nəticəsində bir nəfər xəsarət alıb. Həmin şəxs artıq xəstəxanaya yerləşdirilib. Hadisə yerində xilasetmə işləri aparılır.