Ərdoğanla Putin Ukrayna ilə bağlı razılaşdılar-RƏSMİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin Ukrayna limanlarının minalardan təmizlənməsi ilə bağlı razılığa gəliblər.
Yenixeber.org: Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov məlumat verib.
XİN başçısı bildirib ki, Türkiyə limanların minalardan təmizlənməsinə kömək edəcək.
Xatırladaq ki, mayın 30-da Putin və Ərdoğan arasında telefon danışığı olub. Liderlər Rusiya-Türkiyə əməkdaşlığı, ticari-iqtisadi sahədə əməkdaşlıq barədə hərtərəfli fikir mübadiləsi aparıblar. Qarşılıqlı ticarətin əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.