Almaniyadan Ukraynaya dolayısı hərbi yardım
Almaniya Yunanıstana piyadaların döyüş maşınları tədarük edəcək. Buna görə, Afina hökuməti Sovet dövründən qalma silahlarını Ukraynaya verəcək.
Yenixeber.org: Bu barədə Almaniya kansleri Olaf Şolts Aİ-nin Brüsseldə keçirilən iki günlük sammitindən sonra jurnalistlərə açıqlamasında məlumat verib.
O, bu məsələ ilə əlaqədar Yunanıstanın baş naziri ilə razılığa gəldiyini bildirib.
Şolta Berlinin Yunanıstana hansı növ piyada döyüş maşınları təhvil verəcəyi, Afinanın Kiyevə hansı silahları verəcəyi ilə bağlı heç bir məlumat verməyib.
"Müdafiə nazirlikləri təfərrüatları işləyəcək və bu razılaşmanı tez bir zamanda həyata keçirəcək", - deyə Almaniya kansleri qeyd