Portuqaliyanın Baş naziri də Ukraynaya səfər edib-FOTO
Portuqaliyanın Baş naziri Antoniu Koşta Ukraynaya səfər edib.
Yenixeber.org: Bu barədə o, "Twitter"də yazıb. Baş nazir mayın 21-i Kiyev vilayətinin İrpen şəhərində olub.
Səfər Ukraynanın Baş naziri Denis Şmıqalın dəvəti ilə baş tutub.
“Dağıntıların və zorakılığın səviyyəsi inanılmazdır. Məni ən çox dəhşətə gətirən dinc sakinlərə qarşı zorakılıqdır”, - deyə o qeyd edib.