Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Putin Hitlerin səhvini təkrarlayır" - "Ukrayna ordusu əks-hücum əməliyyatlarına başlayacaq”

"Rusiya diktatoru Putinin şəxsən Ukraynaya qarşı müharibə aparması, bizim üçün müsbət məna daşıyır".

Yenixeber.org: Bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Jdanov bildirib ki, Rusiya “xüsusi əməliyyatı”na hərbçilər deyil, siyasətçilər rəhbərlik edir: "Putin müharibənin gedişatına nə qədər çox təsir etsə, bu savaş bir o qədər tez onların məğlubiyyətilə yekunlaşacaq. Yaxşısı budur ki, elə Putin özü bu müharibəyə başçılıq etsin. Putin Hitler vaxtilə etdiyi səhvi təkrarlayır. Hitler də İkinci Dünya Müharibəsində hər həftə feldmarşalları dəyişir, şərq və qərb cəbhələrində müharibənin gedişində köklü dəyişikliyə nail olmağa çalışırdı".

Ekspert Ukraynanın əks-hücum imkanlarınıda dəyərləndirib: "Bu hücumların intensivliyi Qərbin silah tədarükündən asılı olacaq. Biz yeni növ sialhlardan istifadə etməyi çox tez öyrənirik. Ona görə də bununla bağlı heç bir problem olmayacaq. Qərb tərəfdaşlarımız bizə nə qədər tez texnika və silah göndərsələr, bu hücum qruplarıda bir o qədər tez formalaşacaq. Düşünürəm ki, Ukrayna ordusu iyun ayının sonlarından etibarən əks-hücum əməliyyatlarına başlayacaq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam