“Bu gün Donbasda baş verənlər bizim Rusiya qoşunlarından gözlədiyimizdən azdır. Mən bunu onunla əlaqələndirirəm ki, Rusiya Federasiyasında faktiki olaraq gizli səfərbərlik uğursuzluqla nəticələnib. Rusiya müharibə başlayana qədər döyüşə qatıla biləcək operativ ehtiyatları toplaya bilməyib. Bu səbəbdən də bu gün onlar Donbasa gətirdikləri qoşun qruplaşmasını hissə-hissə toplayırlar. Qeyd etmək istəyirəm ki, gətirilən qoşunun təxminən üçdə biri hələ hərbi əməliyyatlarda iştirak etməyə hazır deyil. O, hələ də döyüş qabiliyyətini bərpa edir, tədarükdən keçir və Rusiya ərazisində yerləşir. Ona görə də gözlədiyimiz kimi olmadı, amma bizim üçün yaxşıdır, çünki ən pisinə hazırlaşırdıq”.
Yenixeber.org: Bu barədə Ukrayna Hərbi Qüvvələrinin ehtiyyatda olan polkovniki, hərbi ekspert Oleq Jdanov öz məqaləsində yazır. O, qeyd edi rki, Mariupol Rusiya qüvvələrinin bir hissəsini yayındırır. Və eyni zamanda Ukrayna qoşunları Xerson və Nikolayev vilayətlərinin sərhəddində rus qoşunlarına hücum etməyə çalışır. Bununla da onların bu qoşunların şərqə doğru hərəkətinin qarşısı alınır.
Hərbi ekspertin sözlərinə görə, Rusiya hərbi qüvvələrinin digər hissəsi Xarkov vilayətində yerləşir. Onlar öz səylərini əsas iki istiqamətdə İzyum-Slavyansk və Qulyaipole-Slavyansk-Kramatorsk istiqamətində cəmləşdiriblər. Ancaq rus qoşunları bu istiqamətdə irəliləyə bilmir.
Oleq Jdanov qeyd edir ki, ümumilikdə, hazırda Ukrayna ərazisində olan Rusiya qoşunlarının sayı təxminən 70 min nəfərdir. “20-25 min nəfər Rusiya ərazisindədir, onlar döyüş qabiliyyətini bərpa edirlər. Yaxın gələcəkdə hücum əməliyyatlarını gücləndirməyə hazırlaşırlar. Yəni ümumi 90-95 min nəfərdirlər. Eyni zamanda döyüşə hazır birləşmələrin çox hissəsi itkilərə məruz qalıb. İtkilər daha çox xüsusi təyinatlı briqadalar və hava hücumu qoşunlarında müşahidə edilib. Rusiya Federasiyasında hava-desant qoşunlarının demək olar ki, elə bir hissəsi qalmayıb ki, Ukrayna ərazisindəki döyüşlərdə itki verməsin, əslində biz onların hava-desant qoşunlarının tərkibini tamamilə “yeniləmişik”. İndi onları ya ehtiyatda olan hərbçilərlə, ya da aprelin 1-dən hərbi xidmətə çağırılan gənc çağırışçılarla əvəzləməyə çalışırlar”.
Ehtiyyatda olan polkovnikin fikrincə, "Moskva" kreyserinin məhv edilməsi Rusiya raket atıcılarının sayını 16 ədəd azaldıb. Yəni Qara dəniz donanmasında indi cəmi 54 raket olacaq - əvvəllər bu, 70 idi. Kreyser vurulduqdan sonra Rusiyanın digər hərbi gəmiləri Ukrayna sahillərindən 200 mil geri çəkilsə də, bu raket hücumlarının dayanacağı mənasını daşımır.
“Raket 1500 km uçur, yəni hələ də bütün Ukrayna ərazisini raketlərlə əhatə edə bilərlər”.
O bildirib ki, bu gün əsas məqsəd müdafiəni durduğumuz xətdə saxlamaq və Rusiya qoşunlarına mümkün qədər çox atəş zərbəsi endirməkdir. Üçüncü mərhələ is, ərazilərin işğaldan azad edilməsidir.
“Biz Mariupolun mühasirəsini hərbi yolla açmağa cəhd edə bilərik. Ancaq Mariupolun blokadadan çıxarılması bizə bu müharibədə itki bahasına başa gələ bilər. Rusiya anlayır ki, biz belə bir addım ata bilərik və orada ən şiddətli döyüşlər ola bilər. Ora göndərəcəyimiz bütün hərbi dəstəni itirərək Mariupola çatmaya bilərik. Bu isə, ümumi vəziyyətə strateji təsir göstərə bilər. Və Rusiya bunu çox gözəl başa düşür”,- deyə Jdanov qeyd edib.
“Azovstal” zavodunun alınmasına gəldikdə isə, Jdanov qeyd edir ki, bu zavodu almaq o qədər də asan deyil. Asan olsaydı, çoxdan alınardı. “Azovstal” bu gün onlar üçün alınmaz qaladır. Mütəxəssisin fikrincə, Kiyev hələ də Rusiya Federasiyasının strateji hədəfi olaraq qalır. Ekspert qeyd edir ki, qarşıda Putin üçün önəmli olan 9 May günü yaxınlaşır. Ancaq bu gün Kremldə Putinlə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı arasında konflikt yaşanır. Belə ki, Putin bu tarixə qədər qələbə tələb edir. Baş Qərargah isə anlayır ki, tezliklə zəfər əldə etmək mümkün olmayacaq.
Tərcümə: İlahin, Bizimyol.info