Kansler Rusiyaya şərt qoydu-sanksiyaların ləğvi üçün
“Ukraynada hərbi əməliyyat başlayandan sonra tətbiq edilən anti-Rusiya sanksiyaları Kiyev və Moskva arasında razılaşma olmadan ləğv edilə bilməz”.
Yenixeber.org: Bu barədə Almaniyanın kanseri Olaf Şolts bildirib.
O, həmçinin qeyd edib ki, Almaniya Ukraynanı, o cümlədən müdafiə sahəsində dəstəkləməyə davam edəcək, lakin tələsik hərəkət etməyəcək. Onun sözlərinə görə, Qərb ölkələri, o cümlədən Almaniya Ukraynanı dəstəkləyir:
“Biz onu dəstəkləməyə davam edəcəyik. Ancaq kimsə yüksək səslə bunu tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur. Verdiyimiz hər bir qərarın nəticələrini düşünürük”.
“Biz onu dəstəkləməyə davam edəcəyik. Ancaq kimsə yüksək səslə bunu tələb etdiyi üçün ehtiyatsız davranmağın mənası yoxdur. Verdiyimiz hər bir qərarın nəticələrini düşünürük”.









AZ
RU
