Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Almaniya -“Şimal axını – 2”nin sertifikasiyasını dayandırıb

Almaniya “Şimal axını – 2”nin sertifikasiyasını dayandırıb

“Rusiya-Ukrayna münaqişəsinin kəskinləşməsi fonunda Almaniya hökuməti Rusiya-Almaniya qaz kəmərinin “Şimal axını 2” layihəsinin sertifikasiya prosesini dayandırır”.

Yenixeber.org: Bunu Almaniyanın kansleri Olaf Şolts söyləyib.

Onun sözlərinə görə, ölkənin İqtisadiyyat Nazirliyinə artıq müvafiq tapşırıqlar verilib:

“Şimal axını – 2”nin dayandırılması rəsmi Moskavaya aydın siqnaldır ki, belə hərəkətləri fəsadsız qalmayacaq”.

Kansler bildirib ki, Rusiyanın dünyada dəstəyi yoxdur.

Qeyd edək ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam