Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mariupol Şəhər Şurası dünya ictimaiyyətinə müraciət edib-MƏTN

"Rusiyanın Mariupolda törətdiyi vəhşilikləri Ukrayna xalqının soyqırımı kimi tanımağa çağırırıq"

Yenixeber.org: Ukraynanın Mariupol Şəhər Şurası fövqəladə onlayn sessiya keçirib və Rusiyanın Mariupol sakinlərinə qarşı hərbi cinayətlərini pisləyib. Bununla yanaşı, işğalçılarla hər hansı formada əməkdaşlığı rədd edib. Şəhər Şurası dünya ictimaiyyətinə müraciət ünvanlayaraq Rusiyanın işğalçılığını pisləməyə, Mariupoldakı soyqırımını Ukrayna xalqının soyqırımını kimi tanımağa səsləyib.

Deputatlar dünya ictimaiyyətinə müraciət edərək bildiriblər ki, şəhərə beynəlxalq humanitar yardımın qarşısının alınmasına etiraz edilsin və sakinlərin mütəşəkkil şəkildə tam təxliyəsi üçün səyləri birləşdirilsin.

Müraciətin bəndlərində deyilir: 

- Dünya ictimaiyyətini Rusiya Federasiyasının Mariupolda törətdiyi vəhşilikləri Ukrayna xalqının soyqırımı kimi tanımağa çağırırıq.

- Dünya ictimaiyyətini Rusiya Federasiyası Ordusunun hərəkətlərini müharibə cinayəti, Rusiya Prezidenti Vladimir Putini isə hərbi cinayətkar kimi tanımağa çağırırıq.

- Beynəlxalq humanitar yardımın tam əngəllənməsi və mərkəzi və yerli hakimiyyət orqanlarının mülki əhalinin Mariupoldan tamamilə təxliyyə edilməsi səyləri ilə Mariupol sakinlərinin Rusiyaya kütləvi deportasiyasını qətiyyətlə pisləyirik.

- Qeyd edirik ki, Mariupolun yeganə legitim yerli hakimiyyət orqanları legitim seçkilər zamanı Mariupol sakinləri tərəfindən seçilmiş mer və Şəhər Şurasının deputatlarıdır. Biz həmçinin öz dövlətinə və xalqına xəyanət edən Rusiya Federasiyasının işğalçı qoşunları ilə əməkdaşlığın istənilən formasını qətiyyətlə pisləyir və rədd edirik.

- Dünya ictimaiyyətini Mariupol sakinlərinin tam təxliyəsini təşkil etmək üçün səyləri birləşdirməyə çağırırıq.

- Qeyd edirik ki, Mariupol Ukrayna şəhəri olub, indi də Ukrayna şəhəridir və belə də qalacaq.

Şəhər Şurası eyni zamanda, Mariupola dəymiş ziyanı hesablamağa və deportasiya edilmiş insanlar haqqında məlumat toplamağa başlamalı olan xüsusi komissiyalar yaradıb.

Qeyd edək ki, ötən gün Rusiya mətbuatı Mariupolda rus işğalçılarının əhatəsində olan qondarma “Donetsk Xalq Respublikası”nın yurisdiksiyasında "administrasiya"nın yaradılması barədə məlumat yayıb.("Zn.ua")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam