Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Nüvə arsenallarını artıran dövlətlər - SİYAHI

Ötən il bu dövlətlər nüvə arsenallarını ARTIRIBLAR – SİYAHI

         2021-ci ildə Çin, Hindistan, Şimali Koreya və Pakistanın nüvə arsenalları artıb.

Yenixeber.org: Bu barədə Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kompaniya (ICAN) tərəfindən dərc edilən hesabatda bildirilib.

Məlumata görə, 2022-ci ilin əvvəlinə qədər nüvə silahı olan 9 ölkənin ehtiyatında olan başlıqların ümumi sayı 12 min 705-ə çatıb. Bunlardan 9440 başlıq istifadəyə yararlı, 3265 başlıq isə yararsızdır və Rusiya, İngiltərə, ABŞ -da məhv edilməsi planlaşdırılır.

Hesabatda qlobal ehtiyatlardakı nüvə başlıqlarının 2017-ci ildən etibarən artmağa başladığı bildirilib.

Həmçinin son illərdə Böyük Britaniya və Rusiyanın arsenallarında istifadə oluna bilən nüvə başlıqlarının artdığı qeyd olunub.

ABŞ-ın nüvə istehsalı 2019-cu ildə bir qədər artıb, lakin 2020 və 2021-ci illərdə azalıb.Fransa və İsrailin nüvə arsenallarının sayı isə dəyişməyib.

Bildirilib ki, ehtiyatda olan istifadəyə yararlı nüvə başlıqlarının ümumi sayı zərər potensialına görə, 1945-ci ildə Xirosimada istifadə edilmiş təxminən 138 min nüvə bombasına bərabərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam