Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ruslar kütləvi şəkildə gizlənir, özlərini şikəst edirlər - SƏBƏB

Ruslar cəbhəyə getməmək üçün kütləvi şəkildə gizlənir, özlərini şikəst edirlər – Ukrayna kəşfiyyatı 

                  Ruslar səfərbərlikdən imtina yazır və özlərini şikəst edirlər.

Yenixeber.org: Bu məlumatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rəsmi Telegram kanalında paylaşıb.

Yekaterinburqda ruslar hər vasitə ilə səfərbərlikdən qaçırlar. Məlumatda deyilir ki, onlar özlərini şikəst edir, gizlənirlər. Rusiya ordusunun xüsusi təyinatlı qüvvələrinin təcrübəli bölmələrindən biri tam heyətlə Mariupola hücumda iştirak etməkdən imtina edib.

Ukrayna kəşfiyyatına “2022-ci il martın 28-dən aprelin 1-dək Yekaterinburq (Mərkəzi Hərbi Dairə) müqaviləsi üzrə hərbi xidmətə seçim məntəqəsinin işinin nəticələri” adlı sənəd daxil olub. Orada deyilir ki, adıçəkilən şəhərdə 397 namizəddən yalnız 2-si müsahibəyə razılıq verib. 52 nəfər İmtina edib, 203 nəfər əlaqə saxlamayıb. 140 nəfərlə iş hələ də davam edir.

Əldə edilən məlumatlar göstərir ki, ruslar müqavilə xidmətinə son dərəcə maraqsızdırlar. Kişilər cəbhəyə getməmək üçün kütləvi şəkildə gizlənir, hətta özlərinə xəsarət yetirirlər.

Ukrayna kəşfiyyatı Suriyada döyüş əməliyyatlarında təcrübəyə malik olan Rusiya xüsusi təyinatlılarının elit bölməsindən də danışıb. O, Mariupola hücum etmək cəhdindən tamamilə imtina edib. Aprelin 2-dən aprelin 4-dək olan müddətdə qruplaşma Ukrayna Silahlı Qüvvələri ilə döyüşlərdə 30-a yaxın hərbçisini itirib. Bundan sonra o, hərbi əməliyyatlarda iştirakını dayandırmaq qərarına gəlib.

Xatırladaq ki, daha əvvəl oxşar məlumat Baş Qərargah tərəfindən son hesabatda paylaşılmışdı. Ukrayna Silahlı Qüvvələrinin komandanlığının məlumatına görə, Rusiya ordusunun ayrı-ayrı hissələrinin əsgərlərinin 80%-dən çoxu döyüşləri davam etdirməkdən imtina edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam