Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ruslar kütləvi şəkildə döyüşdən yayınırlar- müharibə istəmirlər

Rusiya hərbçiləri Ukraynaya qarşı müharibədə iştirakdan kütləvi şəkildə imtina edir, çünki geriyə “200” kodlu yük kimi qayıtmaq istəmirlər.

Yenixeber.org: Ukraynalı bloqer Aleksandr Kovalenkonun əldə etdiyi məlumata görə, Rusiyanın Mərkəz hərbi dairəsininl Altay vilayətinin Aleysk şəhərində dislokasiya olunmuş 35-ci motoatıcı briqadasının hərbçiləri Ukraynaya getməkdən imtina ediblər. Onların arasında komandir vəzifələrini tutan xeyli zabitlər də var.

Bloqer bildirir ki, hərbi hissədə hazırda çaxnaşma hökm sürür, çünki Ukraynaya getməkdən imtina edənləri xidmətdən azad etməklə hədələyirlər. Onlar isə öz növbəsində bu qərardan məhkəməyə şikayət edəcəklərini deyirlər, yaxud xəstəlik adı ilə məzuniyyətə çıxırlar. Hərbi hissə rəhbərliyi məsələnin böyüyəcəyindən və yuxarıların xəbər tutacağından qorxur, bildirilir ki, hərbi hissə rəhbərliyi müharibə istəməyənlərin hərəkətlərinə görə hiddətlənib.

Digər məlumata görə Rusiya Müdafiə Nazirliyi Ukraynadakı itkilərin yerini doldurmaq üçün Liviyadakı rus hərbçilərini də geri çağırıb, amma onlar qayıtmaqdan imtina edirlər və Afrikada qalmaq üçün müxtəlif səbəblər tapırlar.

Xatırladaq ki, ötən gün Ukrayna Müdafiə Nazirliyi Rusiyanın Qarabağdakı süıhməramlılarının bir qismini və Ermənistandakı 102-ci bazanın 800-ə yaxın hərbçisini də Ukraynaya apardığını açıqlayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam