Redaktor seçimi
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
Günün xəbəri

Bu gün Paşinyanın Məhkəməsi olub-QƏRAR

         Kassasiya Məhkəməsi Baş nazirin günahsız olduğunu elan edib 

Yenixeber.org: Ermənistan Kassasiya Məhkəməsi aprelin 8-də keçirilən iclasında ölkənin hazırkı Baş naziri Nikol Paşinyana bəraət verib.
Erməni mediası bildirir ki, Kassasiya Məhkəməsinin qərarı ilə Paşinyana qarşı 2010-cu il hökmü ləğv edilib və Paşinyanın günahsızlığı elan olunub.

Qeyd edək ki, 2010-cu ildə Paşinyan iğtişaşların təşkilində ittiham edilərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Ermənistanın baş prokuroru Artur Davtyan Paşinyana bəraət verilməsi üçün Kassasiya Məhkəməsinə müraciət etmişdi.

2022-ci ilin yanvarında Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Paşinyan işi ilə bağlı qərar çıxararaq, onun sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarının pozulmasını tanıyıb.

Qeyd edək ki, 2008-ci il martın 1-də Ermənistanda baş verən iğtişaşlardan sonra Paşinyan axtarışa verilib və 2009-cu ildə yaxalanıb. 2010-cu ilin yanvarında hazırkı Baş nazir kütləvi iğtişaşların təşkilində ittiham olunaraq 7 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ilin mayında isə amnistiya aktı ilə azadlığa çıxıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam