Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

RUSLARIN SON SUTKADAKI İTKİLƏRİ AÇIQLANDI -Moskva Xerson vilayətində daha bir psevdorespublika qurur

“Rusiya rəhbərliyi işğal etdiyi ərazilərdə müvəqqəti yerli hakimiyyət orqanlarının formalaşdırılması məsələsini nəzərdən keçirir”.

Yenixeber.org: Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının feysbuk səhifəsindəki operativ məlumatında bildirilib.

Məlumata görə, Rusiyada həmin əraziləri idarə etmək üçün güc strukurlarına, prokurorluq və məhkəmə orqanlarına əməkdaşlar seçilir. Bu seçkidən sonra onlar Ukrayna ərazisinə göndəriləcək: “Xerson vilayətində psevdorespublikanın yaradılması ssenarisinin reallaşdırılması üçün Rusiya Federal Təhlükəsizlik Xidməti, 652-ci informasiya-psixoloji əməliyyat qrupu və RF Baş Qərargahının 12-ci idarəsinin əməkdaşları işləyir. Onlar əsasən “izahedici işlə” məşğul olacaq”.

Bildirilib ki, Rusiya Şərq Hərbi Dairəsinin 5-ci ümumqoşunun 60-cı əlahiddə motoatıcı briqadasının bölmələrinin iki komandiri döyüş əmrini yerinə yetirməkdən imtina etdikləri üçün tutduqları vəzifədən azad ediliblər.

Məlumata görə, Baltik donanmasının birlik və hərbi hissələrində, o cümlədən 11-ci ordu korpusunun 79-cu əlahiddə motoatıcı briqadasının hərbçiləri hərbi xidmətin müddətinin uzatmaq üçün müqaviləni imzalamaqdan imtina ediblər.

Bildirilib ki, Rusiya Silahlı Qüvvələri Belarus ərazisinə əlavə canlı qüvvə və hərbi texnika yerləşdirir.

“Donetsk və Luqansk istiqamətində 5 hücumun qarışısı alınıb. Ukrayna hərbçiləri 10 tank, 18 zirehli texnika, 13 avtomobil, 15 artilleriya qurğusu məhv edib. Ötən sutkada Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Donanması 7 hava hədəfini – 4 döyüş təyyarəsi, bir PUA və 2 qanadlı raketi sıradan çıxarıb.

Rusiya çoxlu sayda canlı qüvvə itirib”, - Ukrayna SQ Baş Qərargahının əməliyyat məlumatında vurğulanıb.

Qeyd edək ki, Rusiya Ukraynada hərbi əməliyyatlara fevralın 24-də başlayıb.

 

Bu arada Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin ümumi sayıda məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı feysbuk səhifəsində məlumat yayıb.

Bildirilib ki, indiyədək 17 500 hərbçi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 614 ədəd tankı, 1 735 ədəd zirehli döyüş maşını, 311 ədəd artilleriya sistemi, 96 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 135 ədəd hərbi təyyarəsi, 131 ədəd helikopteri, 1201 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 75 ədəd yanacaq çəni, 81 ədəd dronu, 22 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib

 

 

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiya hərbçiləri Ukraynanı ən çox “Kalibr” və “X-55” raketləri ilə atəşə tutur. Atəş Qara və Xəzər dənizlərinin sularından həyata keçirilir.

O qeyd edib ki, işğalçılar Ukrayna ərazisinə zərbələr endirmək üçün təyyarələrdən istifadə edirlər. İşğalçılar zərbələr üçün “İsgəndər” tipli raketlərdən də istifadə edir, lakin Ukrayna Silahlı Qüvvələri onları vurmağı öyrənib.

İqnat etiraf edib ki, Rusiya ilə müharibə zamanı hətta təyyarə pilotları raketləri vurmağı öyrəniblər. "Bu çətindir, çünki bir anda bir neçə şərt nəzərə alınmalıdır, lakin mümkündür", - o əlavə edib.

Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü onu da əlavə edib ki, Yavorivski poliqonu əvvəllər deyildiyi kimi Qara dənizdən deyil, Xəzər dənizi ərazisindən atəşə tutulub.

 

 

“Rusiya hərbçiləri Ukraynada yaşayış məntəqələrinə azı 24 dəfə kasset bombası atıb”. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, bu döyüş sursatının 2010-cu il avqustun 1-dən tətbiqi qadağan edilib.

Qeyd edək ki, kasset bombalarının içində 100, bəzən daha çox kiçik bombacıqlar var. Bu da onun dağıdıcı və məhvetmə gücünü dəfələrlə artırır. Onun tank və piyada əleyhinə, yandırıcı və başqa növləri var. Bu bombanın tətbiqinin qadağan edilməsi ilə bağlı 2008-ci ilin mayında İrlandiyanın paytaxtı Dublin şəhərində hazırlanan konvensiya həmin il dekabrın 3-də 93 dövlətin imzasıyla qüvvəyə minib. 2018-ci ilədək sənədi 120 dövlət imzalayıb. ABŞ, Rusiya, Çin bu müqaviləyə imza atmaqdan imtina edib. Habelə Hindistan, Braziliya, İsrail, Cənubi Koreya, Pakistan da kasset bombalarının qadağanına qoşulmayıb. (azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam