Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Türkiyə və ABŞ arasında Strateji Mexanizm yaradılıb-"Birləşmiş Ştatlar Türkiyənin səylərini alqışlayıb”

Ankarada Türkiyənin xarici işlər nazirinin müavini səfir Sədat Önal və ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın başçılıq etdiyi nümayəndə heyətləri arasında görüş keçirilib.

Yenixeber.org: Bu barədə Xarici İşlər Nazirliyin bəyanatında bildirilib.

Qeyd olunub ki, bununla da Türkiyə-ABŞ (Tərəfdaşlığa dair – red.) Strateji Mexanizmi işə salınıb. Görüş zamanı tərəflər iki ölkənin ortaq maraqlarını əhatə edən mövzular, o cümlədən iqtisadi və müdafiə sahəsində əməkdaşlıq, terrorla mübarizə, regional və qlobal problemlər, nəzərdən keçirib.

“Türkiyə və ABŞ Ukraynanın suverenliyi və ərazi bütövlüyünün qorunmasına dair birgə öhdəliklərini bir daha bəyan ediblər. Birləşmiş Ştatlar Türkiyənin müharibənin ədalətli və diplomatik həllini asanlaşdırmaq səylərini alqışlayıb”, - deyə bəyanatda bildirilib.

Bundan əlavə ABŞ Ticarət Departamentinin müşaviri Marisa Laqo, Strateji Mexanizmin iqtisadi və ticari ölçülərində əməkdaşlığı inkişaf etdirmək üçün 5-6 aprel 2022-ci il tarixlərində Ankaraya səfər edəcək.

Həmçinin, il ərazində iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi də nəzərdə tutulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam