Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Rusiya icarəyə götürdüyü 400 təyyarəni geri qaytarmır-SƏBƏB

Bazar ertəsi, martın 28-i Rusiya aviaşirkətləri üçün təxminən 10 milyard dollar dəyərində icarəyə götürülmüş 400-dən çox təyyarəni geri qaytarmaq üçün son tarixdir. İcarəyə verənlər təyyarələrini geri alacaqlarına ümidlərini itirirlər.

Yenixeber.org: “Qorxuram, kommersiya mülki aviasiya tarixində ən böyük təyyarə oğurluğuna şahid olaq”, - deyə Sinqapur Texnologiya İnstitutunun hava nəqliyyatının idarə edilməsi kafedrasının dosenti Vladimir Bilotkaç bildirib.

Təyyarələrin əksəriyyətinin qeydiyyata alındığı Bermud adaları və İrlandiyanın uçuşa yararlılıq sertifikatları dayandırılsa da, bunların bir çoxu hələ də Rusiyada daxili marşrutlar üzrə uçuşlar həyata keçirir.

Beynəlxalq qaydalara görə, ikili qeydiyyata icazə verilmir, lakin Rusiya artıq xaricilərə məxsus təyyarələrin yarıdan çoxunu öz reyestrinə keçirib. Rusiya hökuməti həmçinin ölkə aviadaşıyıcılarının 78 təyyarəsinə xaricdə həbs qoyulduğunu və Rusiyaya qayıtmadığını bildirib.

Qərb və Rusiya hava məkanından istifadəyə qadağalar qoyduğu üçün rəsmi Moskvanın Ukraynaya təcavüzünün ilk qurbanlarından biri aviasiya olub.(RBK-UKRAİNA)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam