Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR! Rus əskərlərin cəsədləri ekoloji təhlükə yaradır-FOTOLAR

Rusiya həlak olan hərbçilərinin cəsədlərini götürmür və bu Ukraynanın ekologiyası üçün böyük təhlükə yaradır.

Yenixeber.org: Bunu Sumı bölgəsinin səhiyyə şöbəsinin müdiri Anatoli Kotlyar bildirib.

"Cəsədlər qarşı tərəfə lazım deyil, götürülmür, bizdə qalır və böyük təhlükə yaradır. İlk növbədə ekoloji təhlükədən söhbət gedir. İnsan orqanizmi çürüyür, meyit zəhəri əmələ gəlir", - Kotlyar deyib.

Onun sözlərinə görə, sənədsiz olan cəsədləri müəyyən etmək çətindir.

Qeyd olunur ki, Rusiya döyüşçülərinin cəsədlərinin saxlanması üçün 10 soyuducu sifariş edilib, lakin bəzi dəmiryol xətləri bağlandığından onlar hələ də gətirilməyib. Rusiya cəsədlərin çoxunu Belarusa aparır və dəmir yolu ilə öz ərazisinə aparır.

Müharibə başlayandan Ukrayna Silahlı Qüvvələri 15 mindən çox rusiyalı hərbçisini məhv edib. Moskvanın özü itkilərin real sayını açıqlamağa tələsmir.(UNİAN)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam