Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Rusiya ABŞ üçün təhlükə yaradır” -Amerikalı general

“Rusiya ABŞ üçün təhlükə yaradır” -  Amerikalı general
"Rusiya dünyada sabitliyi pozur və Amerika üçün təhlükə yaradır".
Yenixeber.org: Bunu ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı və NATO-nun Avropadakı Birləşmiş Qüvvələrinin komandanı Tod Uolters Hərbi Hava Qüvvələri Birliyinin simpoziumunda deyib.

Onun sözlərinə görə, geniş beynəlxalq qınağa və davam edən iqtisadi sanksiyalara baxmayaraq, Rusiya zərərli hərəkətlər edir: "Dünyada sabitliyi pozmağa yönəlmiş bu hərəkətlərin bir çoxu Avropada həyata keçirilir. Rusiya ABŞ-ın və avropalı müttəfiqlərimizin mövcudluğu üçün təhlükə yaratmağa davam edir".

General əlavə edib ki, Rusiya sovet dövründəki təsir dairəsini qorumağa çalışır və qonşu ölkələri məcbur etmək üçün güc tətbiq edir.

Uolters, həmçinin Moskvanın ABŞ və müttəfiqlərini qorxutmaq, zəiflətmək və parçalamaq məqsədilə özəl hərbi şirkətlər kimi qeyri-ənənəvi alətlərə müraciət etdiyini söyləyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam