Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

RUS ORDUSU CƏSƏDLƏRİ BELARUSA GÖNDƏRİR - "Meyitlər iylənir, sonra onları daşıyıb..." +VİDEO

Rusiya hərbçilərinin cəsədləri Ukraynadan Belarusun Mozır şəhərinə aparılır, orada onlar yığılır və naməlum istiqamətə aparılır.

Yenixeber.org: Bu barədə BBC-nin rus xidməti məlumat yayıb.

Jurnalistlərin həmsöhbətinin sözlərinə görə, şəhərin küçələrində çoxlu sayda hərbçi var - ehtimal olunur ki, onlar Çeçenistandandır, həmçinin burada Rusiya nömrəli avtomobillər görmək olar.

Burada morqun özündə baş verənlərlə bağlı məlumat verdilər.

“Cəsədlər heç soyuducuya da yığılmır. Onlar adi 5-5 kvadratmetrlik bir otağa aparılır, bir müddət orada saxlanılır, çürüyür, iylənir, sonra onları daşıyıb harasa aparırlar... Bu işi əsgərlərin özləri görür. Hər şey ciddi şəkildə mühafizə olunur, ərazidən yalnız şöbə rəisi çıxa bilir”, - morqun əməkdaşları ilə tanış olan mənbə bildirib.

“Bu cəsədlərin sayını heç kim bilmir, lakin hər kəs baş verənlərdən dəhşətə gəlir. Həkimlər elə bilirlər ki, haradasa səyyar krematoriy var, ya da cəsədlər sadəcə basdırılır”, - o əlavə edib.

Belarusun dövlət KİV-lərində yaralı Rusiya əsgərlərinin müalicə olunması bardə heç bir məlumat yoxdur.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam