Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin Zelenskinin danışıq təklifinə belə cavab verib

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş, eləcə də Rusiya-Ukrayna böhranındakı son vəziyyətlə bağlı danışıb.

Yenixeber.org: Bu barədə “Haber Global” məlumat yayıb. Kalın Türkiyənin bağlı hər iki tərəflə danışıqlar apardığını, Rusiya, Ukraynanın Türkiyəni etibarlı ölkə kimi gördüyünü bildirib.

"Putin deyir ki, danışıq qrupları işlərini tamamlamalıdır. Biz həm Rusiya, həm də Ukrayna tərəfləri ilə işimizi davam etdiririk", - İbrahim Kalın deyib.

"Prezidentimiz Ərdoğan həm Zelenski, həm də Putinlə iki dəfə telefonla danışıb. Niderlandın Baş naziri də sabah Türkiyəyə səfər edəcək. Çərşənbə günü NATO sammiti üçün Brüsselə gedəcəyik. Növbəti addımlar barədə danışacağıq”, - Kalın əlavə edib.

Daha əvvəl Ukrayna Pezidenti bildirib ki, Vladimir Putinlə danışıqlara hazırdır. “Hesab edirəm ki, istənilən formatdan, istənilən imkandan istifadə etməliyik ki, Putinlə görüşmək imkanı olsun, amma cəhdlər uğursuz olarsa, bu, Üçüncü Dünya Müharibəsinin başlanması deməkdir”, - Zelenski deyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam