Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"BU TƏLƏBLƏR ZELENSKİ ÜÇÜN TƏHQİRDİR!" -Ərdoğanın sözçüsü

"Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər"

Yenixeber.org: “Rusiyanın bəzi tələblərinin yerinə yetirilməsi Ukrayna üçün o qədər çətin deyil. Məsələn, Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin NATO-ya üzv olmayacağını artıq bəyan edib”.

 Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “BBC”-yə müsahibəsində deyib.

“Amma Ukraynanın tərksilah edilməsi, rus dilindən istifadənin qüvvədə qalması və de-nazifikasiya çətindir. Bu, əslən yəhudi olan və bəzi qohumları Holokostda ölən cənab Zelenski üçün təhqirdir. Cənab Zelenski artıq Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə və onunla təkbətək danışıqlara hazır olduğunu bildirib. Rusiya Ukrayna hökumətindən Ukraynanın şərqindəki ərazilərdən imtina etməyi tələb edəcək. Bu, dərin mübahisələrə səbəb olacaq. Digər ehtimal isə ondan ibarətdir ki, Moskva Kiyevdən 2014-cü ildə qeyri-qanuni ilhaq etdiyi Krımın işğalını tanımasını tələb edəcək. Bu, Ukrayna üçün çətin olacaq”, - o söyləyib.

İ.Kalın bildirib ki, Rusiyanın Krıma sahib olmaq hüququ yoxdur: “Buna baxmayaraq, Putinin tələbləri deyildiyi qədər sərt deyil. Qan tökülməsi, dağıntılar tələbləri daha ağırdır. Ciddi saziş imzalanmasa, Prezident Putin və onun varisləri hər an yenidən Ukraynaya hücum edə bilərlər. Atəşkəs qan tökülməsinin qarşısını alsa da, sülh razılaşmasının imzalanması uzun çəkə bilər. Ukrayna şəhərlərinin bərpası çox vaxt alacaq. Müharibəni bitirmək üçün bizi səylərimiz davam edir və, görünür, neytral mövqedə olmağımız nəticə verir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam