Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Türkiyəyə - -zenit-raket kompleksləri göndərə bilər

Azərbaycan Türkiyəyə zenit-raket kompleksləri göndərə bilər
“Bir sıra NATO ölkələri – İspaniya və İtaliya Türkiyədəki hava hücumundan müdafiə sistemlərini geri çəkəcəyini açıqlayıb. Düşünrəm ki, NATO ölkələrinin belə bir addım atmasının səbəbi Türkiyəni Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatına görə təhdid etməkdir. Belə olan halda Azərbaycan Türkiyəyə öz dəstəyini göstərə bilər”.
Yenixeber.org: Bunu açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib. Onun sözlərinə görə, Azərbaycan özünün istifadəsində olan mobil zenit-raket komplekslərindən hər hansı bir batareyasını Türkiyəyə göndərə bilər:

“Buna iki ölkə arasında olan mövcud qanunvericilik imkan verir. Hazırda Türkiyənin hava hücumundan müdafiə sistemi köhnəlmiş "Nice Hercules" və "Hawk" zenit-raket komplekslərindən ibarətdir. Bunlar dünyanın bir çox ölkələrində silahlanmadan çıxarılıb. Uzun illər NATO Türkiyənin başının altına yastıq qoyaraq onların milli hava hücumundan müdafiə sistemini əldə etməsinə mane olub. Son illər Türkiyə özünün hava hücumundan müdafiə sistemlərini yaradır. Həmçinin, Rusiyadan “S-400” zenit-raket komplekslərinin ilk partiyasını əldə edib. Şəxsi heyət “S-400”-ü tam mənimsəmədiyindən onun döyüşə hazır vəziyyətə gətirilməsi hazırki dövrdə mümkünsüzdür. Belə olan halda Azərbaycan silahlanmasında olan ortamənzilli zenit-raket kompleksləri ilə qardaş Türkiyəyə öz dəstəyini verə bilər. Burada söhbət “Buk-MB” və “S-125 Peçora” ZRK-lardan gedir. Bunlar mobil texnikalar üzərində quraşdırılaraq istənilən əraziyə rahat şəkildə dislokasiya edilə bilər. Bunlar hazırda Türkiyədə olan köhnəlmiş texnikalarla müqayisədə daha güclü imkanlara malikdir. "Buk-MB” və “S-125 Peçora” orta mənzildə hava hücumundan müdafiənin təmin edilməsində rol oynaya bilər”.



Ekspert Azərbaycan və Türkiyə arasında 2010-cu ilin avqust ayında Bakıda imzalanan və dekabr ayında Milli Məclis tərəfindən təsdiqlənən “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin olduğunu xatırladıb.

“Bu müqavilə 1994-cü ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nə və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”una, eləcə də 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsinə əsaslanan müqavilədir. Müqavilənin 2-ci maddəsinə əsasən, Azərbaycan Türkiyəyə hərbi yardım göstərə bilər. Həmin maddədə qeyd olunub ki, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, BMT Nizamnaməsinə uyğun olaraq digər tərəf ona yardım edə bilir. Burada xüsusi hərbi və hərbi-texniki əmıkdaşlıq məsələləri nəzərə alınıb. Müqavilənin 9-cu maddəsinə tərəflərin müdafiə ehtiyacları və təhlükəsizliyi üçün müdafiə təyinatlı məhsulların və maddi-texniki vasitələrin təchizatı daxildir. Bu baxımdan Türkiyə ilə Azərbaycan qardaş ölkədir və eyni öhdəliklər Türkiyəyə də aiddir”.

 
R.Süleymanov qeyd edib ki, Azərbaycan adıçəkilən müqavilə çərçivəsində Türkiyəyə həm hərbi qüvvə, həm də döyüş texnikaları ilə dəstək verə bilər:

“Son illər ölkələrimizin qoşunları arasında keçirilən təlimlərdə bu ssenarilər nəzərdən keçirilib və keçirilməkdədir. Təbii ki, bu yardımlar daimi xarakterli deyil, müvəqqəti ola bilər. Belə ki, Türkiyə özü həmin vasitələri əldə edənə qədər. Onu da qeyd edim ki, Azərbaycanın Hava Hücumundan Müdafiə Qoşunları bir və ya bir neçə zenit-raket batareyasını Türkiyəyə göndərməsi Azərbaycanın hava hücumundan müdafiəsini zəiflətməyəcək. Kifayət qədər hava hücumundan müdafiə sistemləri ilə hava məkanımızın müdafiəsi təmin olunur. Bir və ya bir neçə batareyanın Türkiyəyə göndərilməsi elə də boşluq yaratmayacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam