Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistanda əsgərlər hərbi hissədə qiyam qaldırdı -VİDEO

Ermənistanda əsgərlər hərbi hissədə qiyam qaldırdı -  VİDEO
Ötən gün axşam saatlarında Ermənistanın Ararat bölgəsində xeyli sayda hərbçi qiyama qalxaraq hərbi hissəni tərk edib.
Yenixeber.org: Bu barədə erməni KİV-ləri məlumat yayıb.

Yayılan videogörüntülərdə yüzə yaxın hərbi qulluqçunun etiraza qalxdığı və avtobuslara minməkdən imtina etdiyi görülür. İddia edilir ki, əsgərlər onları Xankəndinə aparmağa hazırlaşdıqlar üçün hərbi hissə rəhbərliyinə müqavimət göstərib, əmrə tabe olmayıblar.

Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı açıqlama yayaraq qiyama qalxan əsgərlərin cəzalandırılacağını bəyan edib və hərbi hissədən qaçanların axtarışlarının aparıldığı bildirilib.

Rəsmi məlumatda iddiaların əksinə olaraq qeyd edilir ki, 23 fevralda Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində başqa bir səbəbdən ciddi insident yaşanıb. Bir qrup hərbi qulluqçunun valideynləri və qohumları istirahətə göndərilmiş çağırışçıların geri, hərbi hissəyə dönməsinin qarşısını almağa çalışıblar. Bu səbəbdən hərbi hissə ərazisində qarışıqlıq yaradılıb. Həmin müddətdə bir qrup əsgər küçəyə toplaşan valideynlərinin təşəbbüsü ilə xidmət yerlərinə getməkdən imtina edib və bəziləri isə vəziyyətdən istifadə edərək hərbi hissənin ərazisini özbaşına tərk edib:

"Onların tapılması üçün müvafiq işlər aparılır. Hadisə ilə əlaqədar hərbi hissənin komandanlığı tərəfindən araşdırmalara başlanıb. Hərbi polis könüllü olaraq hərbi hissəni tərk edən əsgərlərə qarşı cinayət işi başlamaq üçün materiallar hazırlayır. Ermənistan Müdafiə Nazirliyi hadisəni kəskin şəkildə pisləyir və vətəndaşları müharibədən sonrakı yenidənqurma mərhələsində, hərbi vəziyyət şəraitində silahlı qüvvələrin fəaliyyətini pozan bu cür hərəkətlərdən, provokasiyadan çəkinməyə çağırır"




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam