Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ukrayna məğlub olur

 

   Ukrayna orduMəlumata görə, separatçılar ötən bazar günü Azov dənizinin sahilində yerləşən strateji əhəmiyyətli Mariopol şəhərini tam mühasirəyə aldıqlarını elan ediblər.

 

 "Xeberinfo.com": Ukrayna Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etmir. Separatçıların bildirdiyinə görə, onlar şəhəri Zaparojye ilə birləşdirən magistral yola nəzarəti də ələ alıblar. Ötən iki gün ərzində separatçıların qüvvələri və Rusiyadan onlara köməyə gələn desantçılar, tank batalyonları Azov dənizinin sahilinə qədər irəliləyə biliblər.
Ukrayna ordusunun hissələri Mariopol ətrafındakı Strarodubovka, Boyevoye və Çernovoye Pola yaşayış məntəqələrindən geri çəkiliblər. Beləliklə, Mariopol şəhəri mühasirəyə düşüb.
    Lakin separatçılar şəhərə hələ hücum etmirlər. Şəhərdə Ukrayna silahlı qüvvələrinin azsaylı bölmələri və könüllülərdən ibarət “Azov” batalyonu mövqe tutub, lakin onların hücum edən separatçılara qarşı müqavimət göstərmək imkanları çox zəifdir. Mariopol mühasirəyə düşdüyündən ora əlavə kömək göndərmək də mümkün deyil.
Digər məlumata görə, Ukrayna qüvvələri Luqansk şəhərinin beynəlxalq aeroportunu da tərk ediblər. Aeroportda mövqe tutan Ukrayna qüvvələri separatçıların və rus birləşmələrinin intensiv tank, artilleriya və “Qrad” zərbələri qarşısında geri çəkiliblər.
   Ukrayna Milli Təhlükəsizlik Şurasının bildirdiyinə görə, aeroportu qoruyan qüvvələrə geri çəkilmək əmri verilib.
Ukrayna ordusunun sürətlə mövqelərini əldən verdiyi bir vaxtda Minskdə separatçıların da nümayəndələrinin iştirakı ilə təmas qrupunun danışıqları başlayıb. Danışıqlarda Rusiyanın tərəflərə təcili atəşkəs təklifi müzakirə olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam