Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

G7 ölkələri Rusiyanı belə çökdürür- YENİ QƏRAR

G7 (Böyük Yeddilər) ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa, Yaponiya) Rusiya və Belarusdan idxala əlavə gömrük tarifləri tətbiq edəcək.

Yenixeber.org: Bu barədə Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib.

"İxrac nəzarəti indi həm Rusiya, həm də Belarus üçün tətbiq edilib. Belarus üçün müəyyən kateqoriyalı malların idxalına bir sıra qadağalar tətbiq olunub. Eyni qadağaların Rusiyaya da şamil edilməsi planlaşdırılır”, - Dombrovskis vurğulayıb.

Onun sözlərinə görə, G7 dövlətləri Rusiya və Belarusla ticarətdə ən əlverişli dövlət rejiminin ləğvini elan etməyə hazırdırlar və digər ölkələr də onlara qoşula bilər.

Enerji sektorundakı məhdudiyyətlərdən danışan Dombrovskis qeyd edib ki, variantların heç biri gündəmdən düşmür, lakin indi gələn qışa hazırlaşmaq lazımdır.

Qeyd edək ki, Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam