Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Hansı ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyiblər və niyə? - TƏHLİL

Hansı ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etməyiblər və niyə? – TƏHLİL

Qərb Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirir. Bununla belə, müxtəlif qitələrdən Qərbin məhdudiyyətlər kampaniyasına qoşulmayan çoxlu ölkələr var. Dünya ABŞ-ın üsullarını bilir və çoxları onları öz həyatlarında yaşayıb. Məsələn, BRICS tərəfdaşları – Braziliya, Hindistan, Çin, Cənubi Afrika.

Yenixeber.org: “Dnes.Dir” nəşri xəbər verir ki, Çin beynəlxalq hüquqa əsaslanmayan birtərəfli sanksiyalara qarşıdır. Çin, Hindistan, Braziliya “BMT-nin Rusiya əleyhinə qətnaməsini” dəstəkləməyib. Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Ukrayna böhranının BMT-nin iştirakı ilə diplomatik yolla həllinə çağırıb.

Türkiyə, Meksika, Argentina sanksiyalara qoşulmaqdan imtina edib. Türkiyə təmsilçiləri “dialoq kanalının qorunub saxlanılmasının” vacibliyini vurğulayıblar. Avropada Serbiya və Bosniya və Herseqovina sanksiyaların tətbiqinə qarşı çıxıblar. (Bosniya serblərinin mövqeyinə görə).

Macarıstan qeyri-müəyyən mövqe tutub . Baş nazir Viktor Orban bildirib ki, ölkə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına mane olmayacaq, eyni zamanda Ukraynaya silah tədarük etməyəcək və ya onun ərazisindən tranzitinə icazə verməyəcək.

Latın Amerikası – Meksika, Kuba, Venesuela və Nikaraqua, həmçinin Suriya, Misir və Birləşmiş Ərəb Əmirlikləri Rusiyaya dəstək verib.

Postsovet məkanında KTMT ölkələri (Belarus, Qazaxıstan, Tacikistan, Ermənistan, Qırğızıstan), həmçinin Azərbaycan, Moldova və Gürcüstan anti-Rusiya sanksiyalarından imtina ediblər.

“Dnes.Dir”, Bolqarıstan. 7 mart 2022.

Tərcümə etdi: Lətif.A.(konkret.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam