Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 “Sanksiyaların alternativi Üçüncü dünya müharibəsi olardı”-“Dərhal nəticə verəcək bir sanksiyalar yoxdur"

ABŞ prezidenti Co Bayden hesab edir ki, Vaşinqtonun Moskvaya qarşı tətbiq etdiyi sərt sanksiyalara alternativ Üçüncü dünya müharibəsi olardı.

Yenixeber.org: Bu barədə Amerika lideri bloqqer Brayan Koenə müsahibəsində deyib.

“Baxın, iki variant var idi: Üçüncü dünya müharibəsinə və Rusiya ilə fiziki müharibəyə başlamaq və ya ikinci variant: əmin olun ki, beynəlxalq hüquqa bu qədər zidd hərəkət edən ölkə etdiklərinin əvəzini ödəyəcək”, Amerika lideri bildirib.

Onun sözlərinə görə, sanksiyalar dərhal nəticə verməyəcək:

“Dərhal nəticə verəcək bir sanksiyalar yoxdur. Elə bir şey yoxdur ki, sən kiməsə sanksiya tətbiq edəsən və daha Rusiyanın prezidenti ola bilməyəcəyini söyləyəsən. Amma mən hesab edirəm ki, bu sanksiyalar tarixdə ən böyük iqtisadi və siyasi sanksiyalardır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam