Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“XARKOVU SAXLAYA BİLDİK, "OPERATİV FASİLƏ" YARANIB"- "Qarşı tərəf praktiki olaraq hücum edə bilmir, çünki...” +VİDEO

Ukrayna Prezidenti ofisinin rəhbərinin ştatdankənar müşaviri Oleksiy Arestoviç döyüş bölgəsində vəziyyətlə bağlı məlumat verib.

Yenixeber.org: Onun sözlərinə görə, hazırda hərbi dildə “operativ fasilə” adlanan vəziyyət yaranıb.

“Bu həmin vəziyyətdir ki, qarşı tərəf praktiki olaraq hücum edə bilmir, çünki ağır itkilər verib, döyüş sursatları tükənib, sursat və texnika baxımından tamamlanmağa ehtiyac duyur. Daha sonra planların korrektəsi aparılmalı və hansısa ikinci raund başlamalıdır”, - deyə o bildirib.

O.Arestoviçin sözlərinə görə, bu müddətdə artıq Ukrayna ordusunun ikinci raundu başlayır, səfərbərlik, ehtiyatda olanlar vasitəsilə tamamlanma işləri aparılır: “Operativ fasilə bizim bəzi qoşunlarımızın ayrı-ayrı məntəqələrdə hətta qısa əks-hücumlara keçməsi ilə xarakterikdir”.

Onun sözlərinə görə, Rusiyanın apardığı əməliyyatlar psixoloji şok yaratmağa və ukraynalıları qorxutmağa yönəlib.

“Yadınızda saxlayın ki, ilk şok keçəcək, nə qədər qəribə səslənsə də, biz baş verənlərə öyrəşəcəyik, normal döyüş fəaliyyəti aparılacaq”, - deyə müşavir qeyd edib.

O, Ukrayna ordusunun Xarkovu saxlamağa nail olduğunu vurğulayıb. Bu istiqamətdə Rusiya ordusu hücuma keçsə də, böyük itkilər verib və geri çəkilib, hətta Xarkovdan müəyyən məsafəyə qədər uzaqlaşıb.

Ukrayna Prezidenti ofisinin rəsmisi həmçinin digər istiqamətlərdəki döyüşlər üzrə operativ məlumatları çatdırıb: “Azov və Qara dənizlərdə heç bir desant yoxdur, Odessanı əldən verməyəcəyik, bir-iki gün sonra vəziyyət sabitləşəcək. Düşünürəm ki, hətta sabah belə oyunun qaydaları bir qədər aydın olacaq”.

O qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın neytral statusu haqqında danışıqlar təklif etməsi Rusiyanın əməliyyatların inkişaf tempini qiymətləndirməsini göstərir. Bununla da Rusiya işin öhdəsindən gələ bilmədiyini və siyasi təkliflərin vaxtının çatdığını anlayıb.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam