Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Bakının bir hissəsi işıqsız qaldı

Həmin ərazidən keçən yüksək gərginlikli xətt qırılıb.

 

Yenixeber.org: Binəqədi rayonunun bir hissəsində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Fasilə Binəqədi rayonu, DSK adlanan ərazidə 12 saatdan çoxdur davam edir.

Sakinlərə verilən məlumata görə, həmin ərazidən keçən yüksək gərginlikli xətt qırılıb. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, səhər saat 08:00-da "Azərişıq" ASC-nin 199 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayıblar, onlara elektrik enerjisinin bir saata bərpa ediləcəyi deyilib.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a bildirib ki, fasilə yaxın dəqiqələrdə aradan qaldırılacaq: "Hazırda özüm də ərazidəyəm. Fasilə cərəyan transformatorunun dəyişdirilməsi ilə əlaqədardır. Əməkdaşlarımız və texnikamız əraziyə cəlb edilib. Tez bir zamanda elektrik enerjisinin verilişi bərpa ediləcək".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam