Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DTX MÜDAFİƏ NAZİRLİYİNDƏ ƏMƏLİYYAT KEÇİRDİ - Həbs edilənlərdən birinin də kimliyi məlum oldu/YENİLƏNDİ

Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs olunanlardan birinin də kimliyi məlum olub. 

Yenixeber.org: Məlumata görə, həbs edilən Vüsal Əlizadə Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin rəisidir. 

Qeyd edək ki, Vüsal Əlizadə digərləri ilə qabaqcadan əlbir olub vəzifə saxtakarlığı yolu ilə xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur. Onun 1 milyon 800 min manat mənimsədiyi bildirilir.

***

Azərbaycanın hüquq-mühafizə orqanları Müdafiə Nazirliyində iri maliyyə dələduzluğun üstünü açıb.

Bununla bağlı Silahlı Qüvvələrin yüksək rütbəli zabitləri tutulub. Keçirilən əməliyyat tədbirləri nəticəsində Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayram Bayramov, "N" saylı hərbi hissənin maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal Əlizadə saxlanılıblar.

Quru Qoşunlarının maliyyə şöbəsinin rəisi Bayramov Bayram Xəlil oğlu isə 2 milyon 635 min manat pul mənimsəməkdə ittiham olunur.

Fərahim Fazil oğlu Sərkərov 450 min manatı mənimsəməkdə ittiham olunur. Əlizadə Vüsal Ədalət oğlu isə 1 milyon 800 min manat mənimsəməkdə ittiham olunur.

Bundan əvvəl Müdafiə Nazirliyinin maliyyə idarəsinin rəisi Rafael Xəlilovun həbsi ilə bağlı xəbər yayılmışdı. Zabit 10 milyon manatı mənimsəməkdə ittiham olunur.(virtualaz.org)

***

           Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində əməliyyat keçirib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata, nazirliyin Maliyyə İdarəsinin şöbə rəisi, polkovnik Xələfov saxlanılıb.

Dünən Səbail rayon Məhkəməsində onun barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Polkovnik Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə təqsirləndirilir. O, yarım milyon manatdan çox dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam