Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

Vüsal Novruzov həbs olunur? 

 

Bakı Baş Gömrük İdarəsinin keçmiş rəhbəri, gömrük general-mayoru Vüsal Novruzov həbs oluna bilər. 

Yenixeber.org: Redaksiyamıza daxil olan məlumata görə, onun Bakı Baş Gömrük İdarəsində işlədiyi dövr yoxlanılıb və ciddi maliyyə pozuntuları, yeyinti faktları aşkarlanıb. 

Mənbə bildirir ki, Bakı Baş Gömrük İdarəsinin hazırkı rəhbərliyi araşdırma nəticələri ilə bağlı heç bir açıqlama verməsə də, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti apardığı yoxlamanın nəticələri aidiyyatı qurumlara göndərilib. Hətta onun bu fakrlarla bağlı dindirildiyi də deyilir.

Bu günlərdə ölkə mətbuatında  yayılan məlumatda qeyd olunurdu kiBakı Baş Gömrük İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəsini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömrük xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb.

Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Vüsal Novruzovun hesabına köçürülüb.(bizimxeber)

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Bakı Baş Gömrük İdarəsində apardığı yoxlama nəticəsində ciddi maliyyə yeyintiləri üzə çıxarıb. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam