Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Mədət Quliyevdən yeni təyinatlar

Mədət Quliyevdən yeni təyinatlar

 

Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub.
Yenixeber.org: Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə - Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb.
Eyni zamanda bu şöbələrə müdirlər təyin olunub. Müvafiq əmrlə Hüquq şöbəsinin müdiri vəzifəsi İsmayıl İbrahim oğlu Kərimova, Kadrlar şöbəsinin müdiri vəzifəsi isə Elgün Bəkir oğlu Bəxtiyarova həvalə olunub. İ.Kərimov bundan əvvəl nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 
Bundan başqa Müdafiə Sənayesi Nazirliyinin Maliyyə və mühasibat uçotu şöbəsinin adı dəyişdirilərək Maliyyə və uçot şöbəsi adlandırılıb. Nazir M.Quliyevin müvafiq əmri ilə Nadim Buludxan Bayramov MSN-nın Maliyyə və uçot şöbəsinin müdiri təyin edilib. 
Qeyd edək ki, bir müddət əvvəl Müdafiə Sənayesi naziri Mədət Quliyev imzaladığı müvafiq əmrlə nazirliyin Aparat rəhbəri Üzeyir İsmayılov vəzifəsindən azad olunub. Həmin vəzifəyə Zaur Əliyev təyin edilib.
Bundan başqa, Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev də işdən çıxarılıb. 
Xatırladaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam