Cavid Qurbanovun qumar monopoliyası - "Topaz" rəqiblərini belə sıradan çıxarır/PROBLEM
Azərbaycanda mərc oyunları ümummilli bəlaya çevrilib, vəziyyət o qədər ağırlaşıb ki, bukmeyker bazarı adı altında ölkədə böyük sosial bəlalara səbəb olan qoumar oyunları indiyə qədər on minlərlə ailənin dağılmasına və intiharlara da səbəb olub. Heç kəsə sirr deyildir ki, ölkədə ən məşhur qumar biznesinin - "Topaz"ın başında "Azərbaycan Dəmir Yolları" ASC-nin sədri Cavid Qurbanov dayanır. Sərhədsiz biznes imperiyasaına sahiblənən C.Qurbanovun "Topaz" biznesi hazırda dövlətçilik üçün də ciddi təhdid vasitəsinə çevrilib. İnsanlar müxtəlif reklam üsulları ilə aldadılır, onlar bukmeyker bazarına cəlb edilir və nəticədə bütün əmlakı, maaşı, dolanışıq xərcləri əlindən çıxır.
Yenixeber.org: Təbii ki, ilk verilən reaksiya belə də ola bilər: "İnsanların ağlı varsa, etməsin...". Amma qəbul etmək laızmdır ki, hamı eyni ağıl və düşüncə səviyyəsinə sahib deyil, cəmiyyətimizdə iradəsiz, əziyyət çəkmədən və ən asan yolla pul qazanmaq istəyən insanlar da az deyil. İndi nə etməliyik? Qumar biznesi qurub hər kəsin pulunu, evini əlindən almalıyıq!?
C.Qurbanovun "Topaz" biznesini uzun müddət Vəsilə Abdulova idarə edirdi. V.Abdulovanın daha bu işlə məşğul olmadığı bildirilsə də, əslində bu məlumatlar iz azdırmaq niyyəti güdür. Ən dəhşətlisi budur ki. V.Abdulova C.Qurbanovun sədri olduğu "ADY" ASC-də maliyyə idarəsinin rəis müavinidir. Vaxtilə Xətayi rayonunda kirayələrdə yaşayan, borc-xərc içərisində üzən V.Abdulovanın xalqın qumara bulaşması hesabına və C.Qurbanovun çətiri altında var-dövlətə sahib olması ağlasığmazdır. Cəmi 5 il ərzində Bakının ən prestijli yerlərində villalara, mənzillərə sahiblənən bu qadını qorumaq üçün C.Qurbanov xüsusi canfəşanlıq nümayiş etdirirdi.
Redaksiyamıza daxil olan məlumata görə, C.Qurbanov "Topaz" biznesini indi də "ADY" ASC-nin sədr müavini Vüsal Aslanova tapşırıb.
Vaxtilə 19 milyonluq alqı-satqı anlaşmasınadək "TOPAZ”ın səhmlərinin 51 faizi "Turkcell” şirkətinə, 24,5 "Baltech Investment LLC”-yə, qalan 24,5 faizi isə "Hafka” ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədova məxsus olub. "Azərinteltek” QSC-nin ticarət nişanı olan "TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb. Yəni, "Topaz" xalqı rəsmən soyur, insanların müflis olması, aldadılması hesabına əldə oluna gəlirlərlə C.Qurbanov özünün və övladlarının biznes imkanlarını daha da artırır.
Azsiyaset.com-un redaksiyasına daxil olan başqa bir məlumata görə, C.Qurbanov növbəti parlament seçkilərində V.Abdulovaya "deputat mandatı" hədiyyət etmək niyyətindədir. Belə çıxır ki, kimliyi bilinməyən, qurmardan gələn pullarla varlanan bir qadın ölkənin ali qanunverici orqanına üzv kimi "seçiləcək" və bu dəfə soyduğu insanları parlamentdə təmsil etməli olacaq.
Əslində C.Qurbanovun deputat təyin etdirmək "təcrübəsi" böyükdür və buna da inanırıq. Xüsusilə qadınların deputat mandatı qazanmasında ciddi rol alan C.Qurbanov əvvəllər "vurulan" bir neçə şəxsi də parlamentə salmağı bacarıb. Məsələn, uzun müddət Z.Məmmədov-E.Məmmədov qardaşlarının çətiri altında mandat daşıyan Jalə Əliyeva bu dəfə məhz C.Qurbanovun sayəsində mandatını qoruyur.
Hər halda nə qədər qazanc mənbəyi olsa da, dövlətçiliyin əsaslarını sarsıdan "Topaz"la bağlı ortaya ciddi iradə qoyulmalıdır. Artıq C.Qurbanov bukmeyker bazarındakı bütün rəqiblərini də sıradan çıxarıb, özünə alternativ qoymayıb. O, digər mərc oyunlarının ölkədəki təbliğini, pul yatırımlarını demək olar ki, tamamilə kəsib. Ortada təkcə "Topaz" qalıb. Deməli, 10 milyonluq xalqı soymaq missiyasını "Topaz" tək öz üzərinə görtürüb. (azsiyaset.com)