Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"1xBet“ bukmeyker kontorunu hansı məmur himayə edir? -İLGİNC


 Yenixeber.org: Azərbaycanda son illər internet üzərindən gizli, qanunsuz mərc oyunları həyata keçirən şirkətlərin sayı artmaqdadır. Qeydiyyat ünvanı Virjin və ya Karib adaları olan yüksək əmsal və tez çıxarış vəd edən bu cür kontorlar qanunsuz olaraq müxtəlif yollarla Azərbaycan ərazisində fəaliyyət göstərirlər.

Belə şirkətlərdən biri də "1xBet" bukmeyker kontorudur.

"1xBet" bukmeyker şirkətinin ölkəmizdə açıq şəkildə qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, aidiyyatı qurumlar şirkətin əməlləri barədə heç bir müvafiq addım atmır. Redaksiyamıza daxil olan məlumata görə "1xBet" bukmeyker şirkətinin qanunsuz olaraq ölkədə fəaliyyət göstərməsinin səbəbi yüksək vəzifəli məmurlardan birinin himayəsi altında fəaliyyət göstərməsi ilə bağlıdır.

Bildirək ki, Azərbaycanda yeganə rəsmi bukmeyker "Topaz" şirkətidir.

Ancaq son illər ölkədə gizli fəaliyyət göstərən "1xBet" və digər xarici bukmeyker kontorları "Topaz" şirkətinə ciddi rəqib olublar.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 401.2-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və ya keçirilməsinə görə üç min manatdan dörd min manatadək məbləğdə cərimə tətbiq olunur. Həmçinin bu əməllər 50 min manatdan artıq ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur və azadlıqdan mərhum etmə cəzası nəzərdə tutulur.
"1xBet"-in qanunsuz fəaliyyəti ilə bağlı araşdırmalarımız davam edir.(azfakt)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam