Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Vaşinqton sizinlə işləyəcək!..." -ABŞ Dövlət katibi Kiyevdə mühüm mesajlar verdi

Bu gün Kiyevdə səfərdə olan ABŞ-ın Dövlət katibi Entoni Blinken Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə Vaşinqtonun sadiqliyini bir daha vurğulayıb.

Yenixeber.org: O, Prezident Co Bayden administrasiyasının Kiyevə səfər edən ilk aparıcı rəsmisidir.

“Mən çox sadə bir səbəbdən burdayam, Prezident Baydenin adından ölkələrimiz arasında tərəfdaşlığı, Ukraynanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə sadiqliyimizi güclü şəkildə vurğulamaq istəyirəm”, – Blinken bu gün Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba ilə görüşərkən deyib.

Blinkenin birgünlük səfərinin məqsədi Rusiya ilə yüksək gərginlik yaşayan ölkəyə güclü dəstək mesajı verməkdir.Kuleba Blinkenə deyib ki, Kiyev ölkənin şərqində Moskvanın dəstəklədiyi separatçılarla mübarizədə ölkəsinə ABŞ tərəfindən yardımı yüksək dəyərləndirir.

Blinken mayın 5-də Twitter-də yazıb ki, səfəri Rusiyanın davamlı təcavüzünü müzakirə etməkdən ötrü vacib imkan olacaq.

Amerikalı diplomat Ukrayna Prezidenti Vladimir Zelenski, Ukrayna parlamentinin üzvləri, vətəndaş cəmiyyəti liderləri ilə də görüşməlidir.

Zelenski deyib ki, Ukraynanın NATO hərbi alyansına qoşulmaq arzusuna Birləşmiş Ştatlardan güclü dəstək siqnalları eşitmək istəyir. Ukraynanın həmçinin ABŞ-dan daha çox hərbi yardım əldə etməyə çalışacağı gözlənir.

2014-cü ildən bəri ABŞ Ukraynaya ümumilikdə 4.6 milyard dollardan artıq yardım göstərib. Həmin il Rusiya Ukraynanın Krım vilayətini ilhaq edərək ölkənin şərqindəki separatçıları dəstəkləməyə başladı. O vaxtdan münaqişədə 13 mindən çox insan həlak olub.

Birləşmiş Ştatlar özəlliklə enerji sektoru olmaqda Ukraynada korrupsiyadan narahatdır. Blinken mayın 6-da Kulebaya deyib: "Vaşinqton sizinlə işləyəcək, demokratiyanızı gücləndirməyinizə, institutlarınızı qurmağınıza, korrupsiyaya qarşı islahatları irəli aparmağınıza kömək edəcək”.

 

"azpolitika"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam