Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Köhnə hamam yeni tas? -QHT-lər ümidlə ümidsizlik arasında

Səidə Qocamanlı: “Donor təşkilatlarla əməkdaşlığa “stop” qoyulub, süni əngəllər var”

İradə Cavadova: “Əksəriyyəti köhnə simalardan ibarət olan qurum hansı müsbət işlər görə bilər ki?!”

Yenixeber.org: Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva açıqlama verib ki, QHT-lər haqqında qanunvericiliyin təkmilləşdirilməsi, qeydiyyatın sadələşdirilməsi, beynəlxalq əməkdaşlıq formatlarının yaradılması istiqamətində yeniliklər gözlənilir. Onun sözlərinə görə, bundan sonra QHT-lər üçün kiçik, orta və böyük qrantların ayrılması nəzərdə tutulub. Azərbaycanda müvafiq hüquqi prosedurları keçən donor təşkilatlarının fəaliyyətinə hər hansı əngəl olmadığını deyən icraçı direktor əlavə edib ki, 2022-ci ildə bu sahənin inkişafı istiqamətində ciddi addımlar atılacaq.

İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı cəmiyyətin QHT-lərə Dövlət Dəstəyi Agentliyindən gözləntilərinin böyük olduğunu söyləyib: “Məlumdur ki, Azərbaycanda qeyri-hökumət təşkilatlarının fəaliyyəti üçün münbit şərait yox idi. Donor təşkilatlardan qrant almaq faktiki olaraq mümkün deyildi. Çox təəssüf ki, bu problem bu gün də qalmaqdadır. Xaricdən QHT-lərə qrant ayrılmasına “stop” qoyulub. Bütün bunlar aradan qaldırılmalıdır”.

“Digər yandan uzun müddət idi ki, QHT Şurası da qrantların ayrılmasını dayandırmışdı. Nəticədə bir çox QHT-lərin fəaliyyəti dayanmış, ofisləri təhvil verilmişdi. Hesab edirəm ki, QHT-lər haqqında qanunvericilik təkmilləşdiriməli, süni əngəllər aradan qaldırılmalıdır. Eyni zamanda ictimai birliklərin dövlət qeydiyyatı sadələşdirilməlidir. Qeydiyyat zamanı süründüməçilik hallarına son qoyulmalıdır”, - deyə təşkilat rəhbəri bildirib.

Onun sözlərinə görə, yeni yaranan qurumun fəaliyyətində pozitiv məqamlar müşahidə edilməkdədir: “Baxmayaraq ki, yeni yaranıb, müəyyən müsbət işlər həyata keçirə bilib. Minlərlə təşkilata Agentlik tərəfindən qrantlar ayrılıb. Bütün bunları təqdir etmək lazımdır. Arzu edək ki, bundan sonrakı fəaliyyətləri də pozitiv olsun. Vətəndaş cəmiyyəti insitutlarının və QHT-lərin fəaliyyəti olmadan cəmiyyətin inkişafına nail olmaq mümkün deyil”.

“Bu gün dövlət qurumlarının tərkibində ictimai şuralar yaradılır. Deməli, hökumətin özü də ictimai nəzarətin olmasında maraqlıdır. Əgər bu sahədə köklü islahatlar aparılarsa, innovativ yeniliklər tətbiq olunarsa, protokol xatirinə deyil, həqiqi sektorun inkişafına çalışılarsa, bundan həm hökumət, həm də cəmiyyətimiz qazanacaq. Vətəndaş cəmiyyəti institutlarının inkişafı imkan verəcək ki, daxildə olan problemləri daxildə həll edə bilək”, - deyə Qocamanlı vurğulayıb.

“İnsan Hüquqları üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri İradə Cavadova mövzuya dair deyib ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə süni əngəllər yaradılır: “Çox təəssüf ki, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə çox ciddi əngəllər yaradılır. Məlumdur ki, QHT-lərin əsas gəlir mənbəyi xarici donor təşkilatlar tərəfindən daxil olur. Bu gün faktiki olaraq yerli QHT-lərin xarici donorlarla əməkdaşlığına imkan verilmir. Ədliyyə Nazirliyi QHT-lərə dəstək göstərməyə borclu olsa da, əksinə, onların fəaliyyətinə ciddi maneələr yaradır. Bəzən bir vergülə görə aylarla məhkəmə çəkişmələrində oluruq”.

“Bu səbəbdən QHT-lər daha çox yerli donorlara üz tutur. Bu da əsasən nazirliklər və digər dövlət qurumlarıdır ki, onların da ayırdığı məbləğ yüksək olmur”, - deyə həmsöhbətimiz qeyd edib.

Cavadova QHT-lərə Dövlət Dəstəyi Agentliyindən ciddi gözləntilərinin olmadığını da diqqətə çatdırıb: “Bilirsiniz ki, bu qurum QHT-lərə Dövlət Dəstəyi Şurasının bazasında yaradılıb. Bu qurum isə uzun illər ərzində fəaliyyət göstərib. Hazırda yalnız ad dəyişikliyi baş verib. Rəhbərlik əsasən eyni şəxslərdən ibarət tərkibdə formalaşdırılıb. İnanmıram ki, onlar hər hansı ciddi dönüşə nail olsunlar. Bu baxımdan nikbin deyiləm. Yalnız kosmetik dəyişikliklər həyata keçirilə bilər ki, bu da QHT-ləri, vətəndaş cəmiyyəti insitutlarını mövcud problemlərdən xilas etməyəcək”.(AYNA)

 Azər Niftiyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam