Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Nazarbayevin qızının 63 milyon dollarlıq daha bir mülkü-Cenevrə gölü sahilində...

Qazaxıstanın yeri hazırda bəlli olmayan keçmiş prezidenti və “Elbası” Nursultan Nazarbayevin qızı Dinara Kulibayevanın İsveçrədə qəsri üzə çıxıb.

Yenixeber.org: Bu haqda İsveçrənin “Bilan” jurnalı yazır və bildirir ki, Dinara Cenevrə gölü sahilindəki “Chateau Bellerive” qəsrini 63 milyon dollara alıb.

Qəsrin maraqlı tarixçəsi var. XVII əsrin ortalarında onu Savoya hersoqu Karl Emmanuil II Cenevrə gölü ilə daşınan duza tətbiq edilən verginin artırılmasına cavab olaraq inşa etməyə başlayıb. Hersoq duz saxlamaq üçün anbar tikib, amma mahiyyətcə bu qala idi, Cenevrə hakimiyyəti isə o zaman gölün sahilində qala tikilməsini qadağan etmişdi.

Bu səbəbdən Savoya və Cenevrə hersoqluğu arasında illərlə davam edən münaqişə yarandı. Hersoqun ölümündən sonra onun varisləri güzəştə gediblər və layihəni sadələşdiriblər. Belə ki, altı qüllənin əvəzində ikisini saxlayıblar və tikili qala görkəmini itirib.

 

Qəsr İsveçrənin ən prestijli məkanlarından birində, Cenevrə gölü sahilindəki Kollonj-Belriv kommunasında yerləşir. O, İsveçrənin mədəni irs abidələri siyahısına salınıb. XIX əsrin ortalarından etibarən qəsr özəl mülkiyyətə keçib. Bu yaxınlaradək qəsr BMT-nin qaçqınların işi üzrə ali komissarı olmuş Sadruddin Ağa xana məxsus idi.

 

Qəsr hələ üç il əvvəl satışa çıxarılmışdı və sahibləri onu 120 milyon franka satmağa hazırlaşırdılar. Lakin belə görünür ki, Dinara Kulibayeva onu çox sərfəli qiymətə alıb-cəmi 62 milyona. Ümumiyyətlə isə Dinara Cenevrədə 2011-ci ildən məskunlaşıb, o zaman həmin şəhərdəki ən bahalı villanı biznesmen Rüstəm Aksenonkadan 75 milyon franka alıb.  Həmin villa da Cenevrə gölü sahilində, Anyer kommunasında yerləşir.

Bundan əvvəl “The Sunday Telegraph” yazmışdı ki, Nazarbayevin kiçik qızı Aliya 2006-cı ildə Londonda özünə malikanə alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam