Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin ortancıl qızı Dinaranın əri Timur Kulibayev “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa verib.
Yenixeber.org: Bu barədə T.Kulibayev özü məlumat paylaşıb.
“Bu gündən etibarən “Atameken” Milli Sahibkarlar Palatasının rəyasət heyətinin sədri vəzifəsindən istefa vermək qərarına gəldim”, – o bildirib.
Kulibayev həmkarlarına birgə fəaliyyətlərinə görə təşəkkür edib və nəticələrinə yekun vurub. O, istefasının səbəbini açıqlamayıb.
T.Kulibayev və həyat yoldaşı ölkənin ən böyük Qazaxıstan Xalk Bankının sahibləridir.
Qeyd edək ki, eks-prezidentin bundan əvvəl iki kürəkəni də vəzifədən gedib.