Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Tarif Şurasından müəmmalı qərar-PROBLEM

Dərmanların yenidən bahalaşıb-bahalaşmadığı məlum deyil, ekspert bu sahədə vəziyyətin bərbad olduğunu deyir

Yenixeber.org: Tarif Şurasının son keçirilən iclasında yeni dövlət qeydiyyatına alınmış 168 dərman vasitəsinin qiyməti təsdiq edilib. Qurumun saytında yerləşdirilən məlumatda qeyd olunub ki, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla indiyə qədər topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixi təsdiq olunan 13 032 dərman vasitəsinin tam siyahısı Tarif Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində yerləşdirilib.

Xatırladaq ki, Şura ötən il iyulun 14-də dərmanların qiymətinin tənzimlənməsi ilə bağlı qərar açıqlamışdı. Məlumatda qeyd olunurdu ki, indiyədək 10 min 385 dərmanın qiyməti tənzimlənib. Qurumun rəsmi səhifəsində yer alan cədvəldə qiyməti tənzimlənmiş dərmanların siyahısı verilib. Bu tarixə qədər verilmiş cədvəllərdə dərmanın əvvəlki qiyməti, tənzimlənmədən sonra təyin edilən məbləğ göstərilirdi. 

Amma nə iyulun 14-də, nə də bu gün-yanvarın 14-də verilmiş qərarda müqayisəli cədvəl verilməyib, bahalaşmanın miqyası göstərilməyib. 

Bundan əvvəl də Şura mayın 24-də və 2020-ci ilin noyabrında dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarlar vermişdi və nəticədə bəzi preparatların dəyəri 20-50 faiz arasında bahalaşmışdı. Bu dəfə qiymət artımının olub-olmayacağı məlum deyil. İri əczaçılıq şirkətlərindən bildirilib ki, tənzimlənən dərman vasitələri ilə bağlı hələ ki topdan və pərakəndə satış mərkəzlərinə heç bir təlimat göndərilməyib. 

“Təcrübədən çıxış deyə bilərik ki, bəzi dərman vasitələrinin qiyməti artacaq. Bu qaçılmazdır, çünki bir neçə aydır ki, qiymətlərin bahalaşacağı barədə söz-söhbət gəzirdi”, – deyə adını çəkilməsini istəməyən aptek sahibi bildirib.

Apteklərdə apardığımız araşdırma zamanı da son günlər qiymət artımının olmadığını dedilər. Əczaçı xanım bildirdi ki, son illər koronavirus əleyhinə olan preparatlar hədsiz bahalaşsa da, pandemiya səngidikcə onlarında qiyməti azalır. “Vaxt vardı, indi 15 manat olan dərman 150-200 manat idi, iri şirkətlər belə qiymət qoymuşdu. Biz o zaman nə qazanırdıqsa, indi də eyni maaş alırıq”,-deyə, aptek işçisi vurğuladı. 

Əlində uzun resepti satıcıya uzadan orta yaşlı xanım alıcı ondan xahiş edir ki, əvvəlcə bu dərmanların olub-olmadığını və qiymətləri hesablayıb ona desin. “Birdən pulum çatmaz, ayda 300-400 manat dərmana pul verirəm, oğlum olmasaydı, yəqin çoxdan ölmüşdüm”,-deyə, o, asta səslə deyindi. 

Həkim, farmakoloq Müşfiq Hüseynov bildirib ki, Azərbaycanda dərman industriyası yoxdur, ölkə tamamilə idxaldan asılıdır: “Tarif Şurasının dərmanların qiymətinə strateji yanaşmasının səhv olduğunu ilk gündən deyirəm. Tətbiq olunan standart qiymət siyasəti yanlış idi. Nəticə özünü çox gözlətmədi və dünyanın aparıcı əczaçılıq şirkətləri və dərman istehsalçıları ölkəni tərk etdi. Çünki qoyulan qiymət limiti ixrac üçün uyğun deyildi”. 

Həkim əlavə edir ki, Tarif Şurası zamanla dərmanların qiymətini qaldırır. Onun sözlərinə görə, verilən qərarlar dərman bazarında müsbət tendensiya yaratmır: “Əslində, vəziyyətdən çıxış yolu başqadır. Ya ölkədə dərman biznesi əvvəl olduğu kimi, tam azad buraxılmalı və tibbi sığorta sisteminə keçilməlidir, ya da dövlət bu işi tamamən inhisara almalıdır. Şəxsi fikrim ikincidən yanadır. Amma istənilən halda, ölkədə mütləq səviyyəli əczaçılıq zavodu olmalı və o, daxili tələbatın əsas hissəsini ödəməlidir. O vaxt hansısa müsbət tendensiyadan danışmaq olar”.

M.Hüseynov bildirir ki, Azərbaycanda dərmanın qiymətləri başqa ölkələrlə müqayisədə elə də baha deyil: “Dünyanın çox yerində dərmanlar iki yerə bölünür: pulunu tibbi sığortanın ödədiyi və ödəmədiyi dərmanlar. Bizdə isə sığorta sistemi hələ tam hazır deyil. İnsanların özünü özəl tibbi sığorta etməsi isə maddi duruma görə çətin məsələdir. Çünki hər adam ildə sığortaya 400-500 manat verə bilmir”.(pressklub)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam