Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

FRANSA VƏ RUSİYADAN NÖVBƏTİ XAİN HƏRƏKƏT... - Xankəndidə bu bayraqlar kimin icazəsi ilə qaldırılıb? +FOTOLAR

Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Valeri Pekrezin Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfəri bir sıra maraqlı detalları üzə çıxarıb.

Yenixeber.org: Belə ki, siyasətçini müşayiət edən həmkarı Bruno Retayonun (Fransa senatındakı Respublikaçılar Partiyası qrupunun rəhbəri) sosial şəbəkə paylaşımlarında hazırda Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına daxil olan Xankəndidə Frankofoniya Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi və onun qarşısında qondarma respublika bayrağı ilə yanaşı, Fransa dövlət bayrağının da dalğalanması məlum olub.

Düzünü desək, ermənilərin həyasızlığı bizi heç də təəccübləndirmir. Amma uzun illər ərzində münaqişənin “tənzimlənməsilə” məşğul olmuş Minsk Qrupunun həmsədri və hazırda da bölgədə söz sahibi olmağa iddia edən Fransanın öz təmsilçiləri vasitəsilə beynəlxalq hüquqa zidd əməlləri ən azından təəssüfləndirməyə bilməz.

Axı Fransanın özü tərəfindən belə Azərbaycan ərazisi kimi tanınan bir şəhərdə ölkəmizin müvafiq rəsmi qurumlarının izacəsi olmadan əcnəbi dövlətə məxsus Beynəlxalq Mərkəzinin fəaliyyət göstərməsi və onun qarşısında həmin dövlətin bayrağının dalğalandırılması hansı beynəlxalq hüquq normalarına sığır?

Hələ bölgədə sülhyaradıcı missiyanı öz üzərinə götürən və bütün bu qanun pozuntularına göz yuman Rusiya sülhməramlılarından danışmırıq.

Yalnız hər iki ölkənin məsul şəxslərinə üzümüzü tutub bir sual vermək istəyirik. Görəsən, Rusiya və ya Fransa hakimiyyətinin icazəsi olmadan, məsələn Omskda və ya Tulonda Azərbaycan mərkəzi açılsaydı, onun qarşısında üçrəngli dövlət bayrağımız dalğalansaydı və bizim siyasətçilər də həmin ərazilərə icazəsiz səfər etsəydilər, onların reaksiyası necə olardı?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam