Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Culfa-Nurduz-Qulibəyli dəmir yolunun tikintisinə - 700 milyon avro ayrılıb

Culfa-Nurduz-Qulibəyli dəmir yolu xəttinin tikintisinə 700 milyon avro vəsait ayrılıb.

Yenixeber.org:  Bunu "Araz" Azad İqtisadi Zonası Təşkilatının Rəyasət Heyətinin üzvi Səfər Şasfənd deyib.
O, Culfa-Qulubəyli dəmir yolunun tikilməsi ilə İran və Azərbaycanının dəmir yollarını daha bir bölgədə birləşəcəyini diqqətə çatdırıb.
"Bizim təşkilatla İran-Avropa Konseriomu arasında 700 milyon avronun ayrılmasına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, 204 kilometr uzunluğunda dəmir yolu xətti tikiləcək. Dəmir yolu xəttinin istifadəsi 25 il müddətinə özəl sektorda çalışan investora veriləcək. Bu xəttin 5 ilə tikilməsi planlaşdırılır. İnvestor bu dəmir yolunu 20 il müddətinə istifadə edə biləcək.
Bu dəmir yolu xətti vasitəsilə birinci il 1.53 milyon ton tranzit yük daşınması proqnozlaşdırılır. Bu rəqəm 20 il ərzində ildə 10.76 milyon tona çatmalıdır.
Dəmir yolu ilə birinci ildə 101 min nəfər, 20-ci ildə isə 409 min nəfər sərnişinin daşınması proqnozlaşdırılır”, - deyə o əlavə edib.
Qeyd edək ki, "Araz” Azad İqtisadi Zonası İranın şimal -qərbində Təbrizin 135 kilometrliyində yerləşir. Zona Azərbaycan və Ermənistanla həmsərhəddir. (ONA)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam