Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Alpinistlər" general oğlunun evindən nələr aparıb? - Məbləğ AÇIQLANDI

“Alpinistlər” general oğlunun evindən nələr aparıb? – Məbləğ AÇIQLANDI

Bakıda mənzillərdən alpinizm üsulu ilə oğurluq etməkdə təqsirləndirilən Cavid Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən araşdırma zamanı zərərçəkmişlərə dəyən ziyanın məbləği məlum olub.

Onlardan biri də uzun illər Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin rəisi olmuş general-mayor Sahib Mirzəyevin oğlu Vüsal Mirzəyev olub.

Məlum olub ki, V. Mirzəyevə 167 min manat ziyan vurulub. Mənzilindən təxminən 150 min manatlıq qızıl və nağd pul oğurlanıb.

Qeyd edək ki, silsilə cinayətin üstü də məhz general oğlunun evində baş verən oğurluqdan sonra açılıb. 2016-cı ildən bəri açılmamış oğurluqlar törədən C.Süleymanovun müəyyən edilməsi və tapılması üçün rəhbərlik tərəfindən ciddi göstəriş verilib. Bundan sonra Xətai RPİ əməkdaşları generalın oğlunun evindən oğurluq edən şəxsi ərazidə təhlükəsizlik kameralarını diqqətlə izləyərək tapa biliblər.

Xatırladaq ki, Vüsal Mirzəyev də vaxtilə polis əməkdaşı olub. Atası daxili işlər orqanlarından çıxdıqdan sonra V.Mirzəyev də ərizə yazaraq, işdən çıxıb. Sahib Mirzəyev hazırda Bakı şəhər İcra Hakimiyyəti başçısının müşaviridir./kriminalqafqaz/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam