Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Bakıda 11 evdən 130 minlik oğurluq etdi -FOTO

 
Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən son bir neçə ay ərzində Binəqədi qəsəbəsi və ətraf ərazilərdə fərdi yaşayış evlərindən silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Yenixeber.org: DİN-dən saytımıza verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində Sabunçu rayon sakini əvvəllər məhkum olunmuş Vüsal Salamov tutularaq istintaqa təqdim edilib. Araşdırma zamanı onun təkcə Binəqədi rayonu ərazisində 11 evdən ümumi dəyəri 50 min manat olan qızıl-zinət əşyaları və 80 min manata yaxın nağd pul oğurladığı məlum olub.

Vüsal Salamovun törətdiyi oğurluq hadisələrinin bir qismi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsilə də anbaan lentə alınıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. V.Salmanov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam