Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Neftçalanın İcra başçısı maşınla adam vurub, hadisə yerindən qaçıb-TƏFƏRRÜAT

Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb...

Yenixeber.org: Dünən axşam saatlarında Neftçala rayon İcra Hakimiyyətinin baçşısı Mirhəsən Seyidov yol qəzası törədib. Neftçaladan redaksiyamıza verilən məlumata görə icra başçısı axşam saatlarında Aşağı Surra və Kürqarabucaq kəndləri arasında idarə etdiyi "Toyota Camry" markalı maşınla yol kənarı ilə gedən Aşağı Surra kənd sakinini vurub. Vurulan şəxs ağır bədən xəsarəti alıb. Eyni zamanda hadisə yerində vurulan şəxsa aid olan qoyunlara da xəsarət yetirilib, qoyunlardan ikisi isə ölüb.

Baş verən hadisə ilə bağlı bir neçə mənbə redaksiyamıza bildiriblər ki, başçı Mirhəsən Seyidov maşınla vurduğu yaşlı vətəndaşa yardım etmədən hadisə yerini tərk edib. Təcili yardımı və polisi hadisə yerinə gələn kənd sakinləri çağırıb.

Əldə etdiyimiz məlumata görə hadisəni törədən maşının nömrəsini də polisə hadisə şahidləri verib. Araşdırmadan sonra məlum olub ki, həmin maşın icra başçısı Mirhəsən Seyidova aiddir.

Polisdəki mənbəmiz bildirib ki, buna baxmayaraq Neftçala polis şöbəsinin rəisi prinsipiallıq nümayiş etdirib və işin axıra qədər araşdırılmasını tapşırıb. İcra başçısının evinə gələn polislər başçının maşınına baxış keçirmək istərkən, başçı onlara mane olmaq istəyib. Lakin polisin prinsipiallığı nəticəsində Mirhəsən Seyidovun həyətində hadisəni törədən maşın aşkarlanıb və sənədləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb. Baş verənlərlə bağlı mərkəzi qurumlara məlumat verilib. Hazırda hadisə ilə bağlı polis tədqiqatı davam edir.

Qeyd edək ki, hadisənin daha geniş təfərrüatları ilə bağlı sabah məlumat verəcəyik.

Xatırladaq ki, Mirhəsən Seyidov 2020-ci ilin martın 5-də ölkə prezidentinin sərəncamı ilə Neftçala rayon İcra Hakimiyyətinin baçısı təyin olunub. O ölkənin ən gənc icra başçısıdır. Bu vəzifəyə təyin olunurkən 31 yaşı vardı.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...(pia.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam